Ermənistan Azərbaycanla sərhəddə üzərində səlibçi xaçı olan dövlət bayrağı qaldırıb - FOTO - VİDEO

Ermənistan Azərbaycanla sərhəddə üzərində səlibçi xaçının əks olunduğu dövlət bayrağı qaldırıb.
APA-nın əldə etdiyi görüntülərdə Ermənistanın dövlət sərhədində qaldırdığı bayraqların üzərində səlibçi xaçları aydın görünür. Telegram Widget
Please open Telegram to view this post
VIEW IN TELEGRAM



Məlumdur ki, Ermənistanın dövlət bayrağı üzərində xaç təsviri yoxdur. Belə görünür ki, Ermənistan Azərbaycana qarşı səlibçi niyyətini ifadə etmək üçün dövlət bayrağı üzərində dəyişiklik etmək qərarına gəlib.

Səlib (xaçlı) yürüşlərini simvolizə edən xaç elementini bayrağı üzərinə əlavə edib, Azərbaycanla sərhəddə qaldıran Ermənistanın hansı məqsədlər güddüyü bu addımından aydın görünür.