Peskov: Putinin Azərbaycan və Ermənistan liderləri ilə görüşlərində Zəngəzur dəhlizi, yəqin ki, müzakirə olunub

Rusiya Prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə görüşlərində Zəngəzur dəhlizi mövzusu müzakirə olunub.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Yəqin ki, Putinin Əliyev və Paşinyanla danışıqları zamanı Zəngəzur dəhlizi mövzusuna toxunulub", - Kremlin sözçüsü vurğulayıb.