İranın xarici işlər naziri: "Silahlı qüvvələrimiz tam döyüş hazırlığı vəziyyətindədir"

"İran Silahlı Qüvvələri İsrailin mümkün reaksiyasına tam hazırdır".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçı deyib.

"Biz hadisələrin istənilən ssenarisinə və inkişafına hazırıq. Silahlı qüvvələrimiz tam döyüş hazırlığı vəziyyətindədir və bütün lazımi məqsədləri müəyyənləşdiriblər. Eyni zamanda, bizim siyasətimiz müharibəni dayandırmağa yönəlib", - deyə Əraqçi bildirib.