ABŞ İnstitutu: Rusiya “Şahed” kamikadze dronlarını təkmilləşdirib

Rusiya “Şahed” kamikadze dronlarını təkmilləşdirib.

APA xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) Ukraynanın mobil hava hücumundan müdafiə bölmələrinin hərbçilərinə istinadən məlumat paylaşıb.

Bildirilib ki, təkmilləşdirmələr nəticəsində sözügedən dronlar indi daha yüksəkdən və daha sürətlə uça bilirlər.

Hərbçilər qeyd ediblər ki, əvvəllər aşağı sürətə və çətin manevr imkanlarına malik “Şahed” dronları aşağı hündürlükdə uça bilirdi. Lakin Rusiya qoşunları ötən dövrdə dronun komponentlərini təkmilləşdirərək ona sürət və hündürlük qazandırıblar.

Ukrayna hərbçiləri paralel olaraq Ukraynanın da PUA-lara qarşı mübarizə taktikalarını və vasitələrini təkmilləşdirdiyini, indi zərbələrə qarşı effektiv mübarizə apara bildiyini qeyd ediblər.