Dünyanın ən məşhur reperi Harrisi dəstəklədi: Obamanı da səhnəyə çağırdı

Dünyanın ən məşhur reperlərindən biri olan Eminem Demokratlar Partiyasının namizədi Kamala Harrisi dəstəklədiyini açıqlayıb.

Sherg.az xəbər verir ki, Kamalə Harrisi prezident kimi dəstəklədiyini açıqlayan Eminem doğulduğu Detroitdə keçirilən tədbirdə ABŞ-nin keçmiş prezidenti Barak Obama ilə görüşüb.

Çıxışında reper bu seçkinin demokratiyanın gələcəyi üçün nə qədər əhəmiyyətli olduğunu ifadə edərək Obamanı təqdim edib.

Obama səhnəyə çıxaraq Eminemin “Lose Yourself” mahnısından bəzi hissələri oxuyub.

Eminemin Harrisi dəstəkləməsi təəccüblü deyil. Məşhur reper 2020-ci ildə "Lose Yourself" mahnısının yer aldığı kampaniya reklamı ilə Co Bayden - Harrisi dəstəklədiyini açıqlamışdı.

Reper keçmiş prezident Donald Trampı da sərt tənqid edib.