Leonardo Di Kaprio Kamala Harrisi dəstəklədiyini açıqlayıb

Noyabrın 5-də ABŞ-da keçiriləcək 60-cı prezident seçkiləri üçün geri sayım qalıb. Hollivudun usta aktyorlarından olan Leonardo Di Kaprio Demokratların namizədi Kamala Harrisi dəstəklədiyini açıqlayıb.

Sherg.az xəbər verir ki, Oskarlı ulduz İnstaqramda paylaşdığı videoda son dövrlərdə Helene və Milton qasırğalarının vurduğu ziyana toxunaraq, "bu qeyri-təbii fəlakətlərə iqlim dəyişikliyi səbəb olub" deyib.

Məşhur aktyor sözlərinə "Donald Tramp faktları, elmi inkar etməyə davam edir. ABŞ-ı Paris İqlim Sazişindən çıxarıb və ətraf mühitin mühafizəsi tədbirlərini azaldıb"  deyə sözlərinə davam edib.

Usta aktyor əlavə edib ki, "İqlim dəyişikliyi dünyanı öldürür və iqtisadiyyatımızı məhv edir. İqtisadiyyatımızı, planetimizi və özümüzü xilas etmək üçün cəsarətli addım atmalıyıq. Ona görə də Kəmalə Harrisə səs verəcəyəm".