İsrailin Türkiyəyə qarşı hücum həyata keçirməsi absurddur -ŞƏRH

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İsrailin Türkiyəyə mümkün hücumu ilə bağlı suala gözlənilməz cavab verib. Bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb. Gülər bir televiziya proqramında jurnalistin sualına cavab olaraq deyib ki, İsrail şübhəsiz ki, Türkiyəyə hücum edə bilər. 

Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, İsrail Türkiyəyə heç bir əsasla hücum edə bilməz:

“Çünki Türkiyədə İsraili təhdid edən və onun təhlükəsizliyinə problem yaradan addım atılmır. Həmçinin Türkiyə İsrailin müttəfiqləriylə eyni hərbi blokdadır. Yəni Türkiyə NATO-nun üzvüdür. NATO-nun üzvü olan ölkəyə isə İsrailin hücum etməsi məntiqsizdir. Bu NATO-nun ərazisinə hücum sayılır. Həmin halda NATO qüvvələri hücum edən ölkəyə adekvat cavab verməlidir. Ona görə də İsrailin Türkiyəyə qarşı belə bir hücum həyata keçirməsi absurddur”.