Qurban Qurbanov: Hesab oyuna görə olmadı
Yusif Nəzərli
20:39 28.11.2024
İdman
623
"Əvvəlcə azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Onlara sonadək bizə dəstək oldular. Hesab böyük olsa belə, futbolçularımdan razı qaldım".
Sherg.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Fransanın "Lion" klubuna məğlub olduqları V tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, sonadək öz oyun üslubunda mübarizə apardıqlarını bildirib: "Təəssüf ki, hesab oyuna görə olmadı. Rəqibin futbolçuları ustalıq baxımından bizdən üstün idilər".
Mütəxəssis ikinci qolun texniki səhvdən vurulduğunu söyləyib: "Bundan sonra komandada durğunluq yarandı və üçüncü qol qapımızda gördük".
Baş məşqçi Avropa Liqasında pley-off şanslarının davam etdiyini vurğulayıb: "Bildiyiniz kimi, artıq yeni formatda mübarizə aparırıq. Rəqiblərimiz ildən-ilə güclənir. Qarşıdakı oyunlarda komandama inanıram".
Q. Qurbanov hücumçu Olavio Juninyonun çıxışından razı qaldığını bildirib: "Rəqibin qapısı önündə dörd təhlükəli epizod yaratdı. Yassin Benzianın isə oyunu alınmadı. Buna görə də onu əvəzlədim".
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında növbəti oyununu dekabrın 12-də səfərdə İsveçin "Elfsborq" komandasına qarşı keçirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya