Tofiq Abbasov: Ermənistan cəmiyyəti Anna Akopyanın meydana atılmasını təqdir etməyəcək
14:14 06.12.2024
Dünya
359
Hökumət komandası deyir ki, növbəti seçkilərdə onun siyahısına Ermənistan Baş nazirinin xanımı Anna Akopyan başçılıq edəcək.
Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Onun hiperaktivliyinə səbəb olan da məhz budur. Hökumətdə onun ofisi, işçi heyəti və piar komandası var. O, nəinki yerli və xarici qonaqları qəbul edir, müxtəlif tədbirlər təşkil edir, həm də heç bir vəzifəsi olmadan dövlətin kadr siyasətini həll edir”, - məlumatda deyilir.
Mülki Müqavilə Partiyasının üzvlərinin sözlərinə görə, son kadr dəyişiklikləri onun ssenarisinə uyğun aparılıb.
Politoloq Tofiq Abbasov "Sherg.az"a bildirib ki, erməni rəhbərliyində bir çox xaotik cərəyanlar özünü əks etdirir:
"Xarici sektorda Ermənistan höküməti Nikol Paşinyan başda olmaqla bütün imkanları və rıçaqları kənar qüvvələrə verib. Amma daxildə prosesləri idarə edir. Çünki onun gündəliyində olan əsas məsələ hakimiyyətini saxlamaqdır. Həmçinin qarşıdan gələn yeni parlament seçkilərində də Nikol Paşinyan öz tərəfdarları ilə mövqelərini daha da bərkitməyə çalışacaq. İndi isə populyarlığı aşağı düşür. Yəni valyuntarist hərəkətləri, uğursuz eksperimentlər həm Paşinyanın, həm də onun partiyasının nüfuzunu aşağı salır. Eyni zamanda vəziyyət göstərir ki, Ermənistan xaosdan hələ də yaxa qurtara bilmir. Əslində iqtisadi zəmində bir az canlanma var. Çünki Rusiyaya qarşı sanksiyaların tətbiq edildiyi zaman Ermənistan bu fürsətdən istifadə edir ki, öz problemlərini həll etsin. Lakin bu, müvəqqəti bir canlanmadır. Əsaslı şəkildə ölkəyə investisiya gəlmir, infrastrukturu yeniləmək üçün imkanlar çox məhduddur. Ümumiyyətlə Ermənistanda anti-böhran proqramı yoxdur. Amma bunların hamısının üstü ört-basdır edilir. Paşinyan deyir ki, biz inkişaf edirik. Hətta bir neçə dəfə xarici ölkələrin də nümayəndələri bildiriblər ki, Ermənistanda 12 faiz civarında illik artım var. Ermənistan bir ucdan silahlanır, digər tərəfdən daxili siyasətdə yerdəyişmələr edir. Əsasən də hüquq-mühafizə orqanlarında, güc strukturlarında tez-tez yerdəyişmələr edir ki, heç kəs bu mövqelərdə dərin köklər salmasın. Yəni bu, özünəməxsus bir texnologiyadır ki, qruplarda cazibə qüvvəsi bir o qədər güclü olmasın. Çünki əsas məqsəd özünün əlində qalan ixtiyardır".
Politoloqun deyib ki, Anna Akopyanın fəaliyyət sahələri bəlli deyil:
"Guya Paşinyanın xanımı hər şeylə maraqlanır. Amma onun özünün ixtisası, savad göstəriciləri, bacarıq imkanları və s.-lər hələ də həvəskar səviyyəsində qalır. Ola bilər ki, ərinin vasitəsilə son illər ərzində hardasa siyasi məktəbə yiyələnir, dərslər alır və ya hər hansı bacarıqlar nümayiş etdirir. Ancaq bunlar nə dərəcədə dövlət idarəçiliyində yararlı sayıla bilər? Hər şey ola bilər. Çünki nahaq yerə Nikol Paşinyan həm özü, həm də onun komanda yoldaşları ölkədə demokratiyanın dəhşətli dərəcədə zühur etməsini dilə gətirmirlər. Onlar bildirirlər ki, guya biz tolerant cəmiyyət yaratmışıq. Burada insanların özünüifadə etmək imkanları hədsiz dərəcədə inkişaf edib. Digər tərəfdən Anna Akopyan hakimiyyətə gəlməsi mümkündür. Amma inanmıram ki, Ermənistan cəmiyyəti Anna Akopyanın bu qisimdə meydana atılmasını təqdir etsin. Ermənilər nə desə də, onlarda demokratiya yoxdur. Faktiki olaraq, onlar mühafizəkar və arxaik düşüncədə olan cəmiyyətdir. Erməni xalqı Anna Akopyanın bu iddialarını belə yaxına buraxmazlar. Bəlkə də heç hipotetik şəkildə də buna qarışa bilməzlər. Çünki Nikol Paşinyanın özünə qarşı də çoxsaylı iddialar var ki, rəhbərliyi öyrənmək prosesini hakimiyyətin üstündə edir. Belə olduğu təqdirdə onun xanımı da özündən betərdir. Elə bir idarəçilik üslubu olmaz ki, Anna Akopyan Paşinyan üçün imtiyazlı vəziyyət yaratsın və ya ölkə ağır durumdan çıxsın. Əslində Paşinyan xanımının söhbətini ortaya atmaqla öz nüfuzunu möhkəmləndirmək istəyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nəsimi "Qurtuluş"dan getməsindən danışdı
21:06 19.01.2026
Gündəm
Ərdoğan Suriya prezidentini atəşkəs münasibətilə təbrik edib
20:49 19.01.2026
Dünya
İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
20:27 19.01.2026
Rəsmi
Suraxanıda 9 kq narkotik aşkarlandı
20:10 19.01.2026
Hadisə
Mingəçevirdə 44 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
19:32 19.01.2026
Hadisə
İran bu həftə internetə çıxışı tam bərpa edəcək
19:23 19.01.2026
Region
Erməni Kilsəsinin episkoplar iclası Avstriyada keçiriləcək
19:01 19.01.2026
Cənubi Qafqaz
Bu tarixdə metro saat 1-ə kimi işləyəcək
18:53 19.01.2026
Cəmiyyət
“Ayntraxt”ın rəsmisi: “Bakıya qalib gəlmək üçün gedirik“
18:37 19.01.2026
Dünya
10 il axtarıldı, 1 kilometr aralıda tapıldı: Bin Ladenin son qalası
18:33 19.01.2026
Dünya
İranda 19 yaşlı futbolçu edam edilə bilər
18:26 19.01.2026
Dünya
“Dünya təhlükəli yola girib” - Səxavət Məmməd
18:18 19.01.2026
Dünya
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
18:13 19.01.2026
Gündəm