"Suriya Rusiyaya yeni şans verir" - Colani

Dəməşq Rusiyaya Suriya xalqı ilə münasibətləri nəzərdən keçirmək imkanı verib.

Aktual.ge xəbər verir ki, bu sözləri silahlı müxalifətin lideri, “Heyət Təhrir əş-Şam”ın rəhbəri Əbu Məhəmməd Colani Suriya televiziyasına müsahibəsində deyib.

O qeyd edib ki, Suriyanın yeni rəhbərliyi Rusiyanı təxribata çəkməməyə çalışır və ona bu ölkə ilə münasibətləri ümumi maraqlara xidmət edən şəkildə nəzərdən keçirməyə şərait yaradıb.