Covannidən Beşiktaş etirafı: "Təzyiq çox idi"

“Beşiktaş”da ardıcıl məğlubiyyətlərdən və “Makkabi Tel-Əviv”lə matçdan sonra baş məşqçi Covanni van Bronkhorst istefaya göndərilib.

Sherg.az xəbər verir ki, bu inkişaflardan sonra Samet Aybaba və Brad Friedel kimi idarə heyəti üzvləri də vəzifələrindən uzaqlaşdırılıb.

Nəhayət, "Beşiktaş"ın sabiq prezidenti Hasan Arat səhhətində yaranan problemlərə görə istefa verib və prezident postunu Hüseyn Yücelə ötürüb.

Hollandiyalı çalışdırıcı "Seltik" - "Reyncers" matçından əvvəl Hollandiya televiziyası "Ziggo Sport" kanalında qatıldığı proqramda "Beşiktaş"dan danışıb.

Bronckhorst, "Beşiktaş"da iki idman direktoru ilə çalışdım və bu, komanda daxilində qarşıdurmalara səbəb oldu. Sonra prezident də istefa verdi. May ayına qədər iki seçki var. Təzyiq çox idi. Nəsə qurmaq üçün vaxta və səbrə ehtiyacım var idi, amma bu təmin edilmədi" deyə qeyd edib.