İsrail hakimiyyəti Colan təpələrinin inkişaf planını təsdiqləyib

İsrailin baş naziri Benyamin Netanyahunun hökuməti Colan təpələrinin inkişafı planını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, qərar Colan Təpələrində yaşayış məntəqələrini, o cümlədən təhsil, bərpa olunan enerji, tələbə kəndinin yaradılması və yeni sakinlərin qəbulunda Colan Təpələri Regional Şurasına kömək edəcək təşkilati inkişaf proqramı üzrə məsələlərin həllini gücləndirəcək.

Ofis planın həyata keçirilməsi üçün 40 milyon şekel (təxminən 18 867 191 manat) ayrılacağını açıqlayıb. Təşəbbüsün məqsədi Colan təpələrinin əhalisini iki dəfə artırmaqdır.