Cənubi Koreya hərbi kəşfiyyatının rəhbəri həbs edilib

Cənubi Koreya hərbi kəşfiyyatının rəhbəri Mun San Xo və onun sələfi No San Von həbs edilib.

APA-nın xəbərinə görə, bu barədə “Yonhap” məlumat yayıb.

Onların hər ikisi hərbi vəziyyətlə bağlı qiyamda iştirakda şübhəli sayılır.

Bundan əvvəl sabiq müdafiə naziri Kim Yon Xyon və hərbi əks-kəşfiyyatın rəhbəri Yo İn Xyon həbs edilib.