BMT-nin xüsusi nümayəndəsi Dəməşqə səfər etdi

BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Qeyr Pedersen Bəşər Əsədin devrilməsindən sonra ilk dəfə Dəməşqə səfər edib.

Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Pedersen Əsəd rejiminin süqutundan sonra ölkədə baş verən dəyişikliklərin əhəmiyyətli olduğunu və böyük ümidlər verdiyini qeyd edib, lakin qarşıda hələ çox çətinliklərin olduğunu vurğulayıb.

Diplomat həmçinin Qərbin Suriyaya qarşı sanksiyalarının tezliklə ləğvinə ümid etdiyini bildirib.