ABŞ və Çin strateji kommunikasiya kanalı yaradacaq

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin telefon danışığı zamanı Vaşinqton və Pekin arasında strateji kommunikasiya kanalının yaradılması barədə razılığa gəliblər.

“Report” xəbər verir ki, bunu Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

Bildirilib ki, bu təşəbbüs ABŞ və Çinə “iki ölkənin ümumi maraqlarına aid əsas məsələlər” üzrə məlumat mübadiləsi aparmağa imkan verəcək.