Volodimir Zelenski Slovakiyanın müxalif “Proqressiv Slovakiya” partiyasının lideri Mixal Şimeçka ilə görüşüb.
Sherg.az Kyivİndependent-ə istinadən xəbər verir ki, görüşü açıq elan edən Ukrayna prezidenti Kiyevə dəvət etdiyi, lakin bundan imtina edən Slovakiyanın baş naziri Robert Fikoya istinad edərək bildirib:
"Cümə. Mən bir Slovak liderini gözləyirdim, amma onun yerinə başqası gəldi. Slovak parlamentariləri ilə yaxşı görüş oldu. Çox konkret və konstruktiv müzakirə apardıq", - Zelenski bildirib.
O qeyd edib ki, danışıqlarda digər mövzularla yanaşı, enerji məsələlərinə də toxunulub.