Moskvanın Troitski Məhkəməsi Valeriya Çekalinanın (bloger Lerçek) əmlakına həbs qoyub.
Sherg.az Unikal-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
"Moskvanın Troitski Rayon Məhkəməsinin qərarı ilə müstəntiqin təqsirləndirilən şəxs Valeriya Valeriyevna Çekalinanın əmlakına (pul) ibtidai istintaq və məhkəmə ərzində həbs qoyulması barədə vəsatəti təmin edilib", - mətbuat xidməti bildirir.
Qeyd edək ki, 2024-cü il dekabrın 17-də Moskva Şəhər Məhkəməsi Rusiya Federasiyasından 251 milyon rublun çıxarılması işi üzrə birinci instansiya məhkəməsinin Çekalina və onun keçmiş əri Artyom Çekalinin ev dustaqlığının müddətinin uzadılması barədə qərarını qüvvədə saxlayıb.