Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağın sərbəst buraxılmadığı bildirilir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, hazırda onun barəsində qərarın veriləcəyi gözlənilir.
***
18:22
Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ ifadə verdikdən sonra sərbəst buraxılıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl Ü. Özdağ barəsində Prezident ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün istintaq başladılaraq Ankarada saxlanılmışdı.