Litva prezidenti: Ukraynaya qoşun göndərməyə hazırıq

Litva prezidenti Gitanas Nauseda ölkəsinin Ukraynadakı atəşkəsdən sonrakı missiyaya öz qoşunlarını göndərməyə hazır olduğunu bildirib.

Sherg.az Kyivİndependent-ə istinadən xəbər verir ki, bu barədə Nauseda jurnalistlərə açıqlamasında bildirib.

Nauseda daha sonra "Bloomberg" televiziyasına bunları deyib: "Mənim ölkəm lazımi dəstəyi verməyə hazırdır. Biz qoşunlarımızın çox konkret saylarından danışırıq, lakin bu koalisiyaya daxil olan bütün ölkələrin bu dəstəyi təmin etmək öhdəliyi olmalıdır"  - o, əlavə edib.

Prezident daha sonra Donald Trampın Ukraynada müharibəyə son qoymaqla bağlı “səmimi niyyətini” yüksək qiymətləndirib, lakin qeyd edib ki, Rusiya danışıqlar zamanı yalnız sülhə nail olmaq öhdəliyini "təqlid edib".

“Hələ ki, Rusiya danışıqları imitasiya edir, mümkün sülh və atəşkəsdən danışır, lakin onlar hətta hücum etməmək, kritik infrastruktura zərbələr endirməmək vəd etdiyi kimi atəşkəs rejimini saxlamağa belə hazır deyillər”, - Nauseda bildirib.