ABŞ Suriyaya qarşı sanksiyaları ləğv etmək niyyətində deyil

ABŞ administrasiyası Suriyaya qarşı sanksiyaları ləğv etmək niyyətində deyil.

APA xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirib.


"Sanksiyaların dinamikası dəyişmir. İndiki mərhələdə isə onları dəyişmək planı yoxdur. Əvvəlki məhdudlaşdırıcı tədbirlər qüvvədə qalır", - o bildirib.