ABŞ Çinlə bu ölkənin məhsullarına tətbiq olunan gömrük rüsumlarının ləğvi imkanını müzakirə edə bilər.
APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Jurnalistlərdən birinin Çinin ABŞ-ın onun məhsullarına tətbiq etdiyi rüsumları ləğv etmək üçün hər hansı bir şey edə biləcəyi ilə bağlı sualına Tramp “Biz danışa bilərik”, - deyə cavab verib.