3 uşağını sağlam böyüdür
3 uşağını sağlam böyüdür
Yusif Sultanoğlu
11:40 02.06.2024
Dünya
441
Behcət təbii məhsul əldə etmək üçün torpağı becərir
Günümüzdə təbii, geni dəyişdirilməmiş qidalar tapmaq çətindir. Hətta kənd yerlərində də məhsul yetişdirmək üçün kimyəvi maddələrdən, süni gübrələrdən, dərmanlardan istifadə olunur. İlqim şərtləri sərtləşdiyindən təbii məhsul yetişdirmək mümkünsüz hal alıb. Türkiyənin Yozqat bölgəsində yaşayan Behcət Karabulut isə övladlarını sağlam böyütməyi qarşısına məqsəd qoyub və təsərrüfat işlərinə, meyvə-tərəvəz yetişdirməyə başlayıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, 32 yaşlı Behcət Karabulut 3 uşaq atasıdır. Behcət təbii məhsul əldə etmək üçün torpağı becərir. Bu işə məcbur qalaraq qoşulduğunu söyləyən Behcət indiki zamanda kimyəvi gübrəsiz, dərmansız, saf meyvə-tərəvəz tapmağın çətin olduğunu, bu səbəbdən də özünün əkinçiliyə başladığını deyib. “Süfrələrimizdə ziyanlı və zəhərli nə qədər qida var. Buna son verə bilərik. Təbii məhsullar sıradan çıxarılır, əvəzində dərmanla, süni gübrələrlə yetişdirilən meyvə-tərəvəzi, kimyəvi qatqılı qidaları bizə təklif edirlər. Qərara gəldim ki, mən bu yoldan dönəcəyəm. Uşaqlarıma təbii qidalar yedirəcəm. Süni qidalar bizi xəstələndirir, xəstəxana dəhlizlərində bir baxın, nə qədər xərçəng xəstəsi var. Tərəvəzçilikdə istifadə olunan zəhərli maddələr ömrümüzü qısaldır. Biz də onları alıb evimizə gətirir, süfrəyə qoyuruq, övladlarımızı da zəhərləyirik” söyləyən Behcət meyvə-tərəvəz becərərkən təbii toxumlardan istifadə etdiyini deyib. Təbii toxumlar bol məhsul vermir, deyək ki, bir budaqda 10 deyil, 3-4 pomidor yetişir, amma əvəzində təbiidir, zərərsizdir, həm də çox dadlıdır, faydalıdır. İndi bəzi fermerlər alışıb ki, pomidor şitilləri qısa zamanda boy atsın, bir budaqda 10-15 pomidor yetişsin. Bu, zərərlidir, xəstəlikdir. Az olsun, amma təmiz məhsul olsun. Behcət yetişmiş məhsuldan toxum tutur. Dədə-baba üsulu ilə əkir, becərir. Bazardan şitil almır, özü toxum əkərək məhsul yetişdirir. Behcət torpağı necə becərdiyini “Gələcək torpaqda” adlı Yutub kanalında anladıb. Təbii gübrə kimi soxulcanlardan istifadə etdiyini deyib. Soxulcan gübrəsini də mənzilinin eyvanında yetişdirir. Bu gübrədən istifadə edərək ailəsi, övladları üçün saf meyvə-tərəvəz yetişdirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yasamalda 20 kq marixuana aşkarlanıb
14:32 21.01.2026
Hadisə
Ərdoğan kürdlərə çağırış etdi
14:28 21.01.2026
Gündəm
Həcc üçün yerlərin 60 fazizi doldu - QMİ vətəndaşlara üz tutdu
13:50 21.01.2026
Cəmiyyət
Bu peyvənd yaşlanmanı ləngidir
13:47 21.01.2026
Sağlamlıq
İranda etiraz aksiyalarında ölənlərin sayı 4 519-a çatdı
13:43 21.01.2026
Dünya
Xankəndi şəhərinə ilk köç karvanı mənzil başına çatdı - FOTO
13:39 21.01.2026
Qarabağ
Prezident İlham Əliyev Davosda israilli həmkarı ilə görüşdü
13:21 21.01.2026
Gündəm
ÖNƏMLİ DİALOQ: Ərdoğan Dövlət Baxçalı ilə görüşəcək
13:10 21.01.2026
Gündəm
Parlamentin komitə iclasında 4 məsələ müzakirə ediləcək
13:04 21.01.2026
Gündəm
Sabah yollar buz bağlayacaq
12:55 21.01.2026
Ekologiya
Donald Tramp İlham Əliyevi Sülh Şurasına qoşulmağa dəvət etdi
12:52 21.01.2026
Gündəm
Şahbanu İranda “Milli Matəm” elan etdi
12:50 21.01.2026
Dünya
Deputat: Bizdə insanlar itlərdən qorxub küçəyə çıxa bilmirlər
11:51 21.01.2026
Aktual