Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 10-a çatıb, 90 nəfər yaralanıb

Rusiyanın Kiyevə raket və dron hücumu nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

"Xilasedicilər dağıntılar altından daha bir nəfərin meyitini çıxarıblar. Saat 16:45-ə (Bakı vaxtı ilə 17:45) olan məlumata görə, Rusiyanın Kiyevə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 10 nəfərə, yaralananların sayı isə 90 nəfərə çatıb. Xilasetmə işləri davam edir", - qurumun teleqram kanalında bildirilib.