Sosioloq: Qan vermək həm bioloji, həm də simvolik bir həmrəylik jestidir
10:07 28.04.2025
Sosial
493
Bu addım təkcə tibbi ehtiyacların təmin olunması deyil, azad olunmuş torpaqlarda yeni bir sosial mühəndislik layihəsidir
"İşğaldan azad olunmuş ərazilərdə gələcəkdə qan xidmətlərinin yerində təşkili və davamlı təminatı məqsədilə müvafiq addımların atılması nəzərdə tutulur".
Trend xəbər verir ki, bunu Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev deyib.
O qeyd edib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə səhiyyə infrastrukturunun mərhələli şəkildə bərpası çərçivəsində, gələcəkdə qan xidmətlərinin yerində təşkili və davamlı təminatı məqsədilə müvafiq addımların atılması nəzərdə tutulur.
"Eyni zamanda, hazırkı mərhələdə işğaldan azad olunmuş ərazilərdə qan və qan komponentlərinin təminatı Bərdə Qan Bankı tərəfindən həyata keçirilir və mövcud imkanlar çərçivəsində bu ehtiyacların qarşılanması təmin olunur", - deyə Elxan Nağıyev əlavə edib.
Sosioloq Yusif Nəbiyev Sherg.az-a bildirib ki, işğaldan azad olunmuş ərazilərdə qan xidmətlərinin təşkili ideyası, zahirən texniki bir səhiyyə addımı kimi görünsə də, əslində sosial bərpa və icma quruculuğu baxımından dərin məna daşıyır:
“Belə təşəbbüslər icmalar arasında həm "mexaniki", həm də "orqanik" həmrəyliyin bərpasına xidmət edir. Bildiyiniz kimi, sağlam cəmiyyət fərdlərin bir-biri ilə qarşılıqlı ehtiyac və bağlılıq içində olduğu struktura malikdir. Qan xidmətləri kimi fundamental səhiyyə infrastrukturu da bu qarşılıqlı ehtiyacın praktiki səviyyədə təzahürüdür. Regionda qan xidmətlərinin yerində təşkili, ilk növbədə, insanların həyat keyfiyyətini artıracaq, çünki tibbi xidmətlərə çıxış imkanları genişlənəcək. Təxirəsalınmaz tibbi ehtiyacların yerində və vaxtında qarşılanması, səhiyyə xidmətlərinin əlçatan olması insanlara gələcəyə dair inam və təhlükəsizlik hissi verəcək. Xüsusilə, bu ərazilərə yenicə köçürülmüş yerlilərin öz doğulduqları torpaqda rahatlıq tapması üçün xəstəxana, məktəb, bazar qədər qan bankı kimi xidmətlər də lazımdır. Danılmaz faktdır ki, həyatın təhlükəsizliyi də gündəlik yaşam qədər fundamental bir ehtiyacdır. İcmalararası həmrəylik və sosial birlik məsələsinə gəldikdə isə, qan xidmətləri çox maraqlı bir sosial mexanizm yaradır. Çünki qan vermək aktı həm bioloji, həm də simvolik bir həmrəylik jestidir. Bununla fərdlər bir-birinin həyatını qorumağa könüllü şəkildə yardım edirlər. Belə təşəbbüslər insanların bir-birinə olan etibarını və qarşılıqlı bağlılığını artırır. Kimin qanı kimi həyatda saxlayacaq, bilinməsə də, bu "görünməz bağ" icmalar arasında yeni bir qarşılıqlı məsuliyyət hissi formalaşdırır. Qısası, bu addım təkcə tibbi ehtiyacların təmin olunması deyil, azad olunmuş torpaqlarda yeni bir sosial mühəndislik layihəsidir. Hansı ki, bioloji olmasa da, sosial "qan qohumluğunun" yaranmasına səbəb olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə