
Əliyev və Pezeşkianın bədən dili -TƏHLİL
11:26 28.04.2025
Siyasət
334
"İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü olub. Stolün üzərində üç minreal milli su brendimiz qoyulub: Sirab, Badamlı və İstisu".
Bu sözləri siyasi şərhçi Əziz Əlibəyli Sherg.az-a liderlərin bədən dili haqqında danışarkən söyləyib.
O qeyd edib ki, Sirab və Badamlının coğrafiyası maraqlıdır - Naxçıvana aiddir. Yəni, birbaşa İranla sərhəddin dünyaca tanınmış brendləri:

"Çin səfərindən sonra daha bir Naxçıvan detalı - Onu biz Zəngəzur kimi oxusaq, daha yaxşıdır, deyilmi?
İstisu isə 30 il sonra erməni işğalından azad edilmiş torpaqların nişanəsidir. İranın bu proseslərdəki tarixi rolunu kiçicik formada xatırladırıq. Öz siyasi memimizi yaradırıq, nəhayət. Şəkildə Azərbaycan və İran nümayəndələri görüş keçirirlər. Üz cizgilərindəki iki mühüm ifadə qabarıq gözə çarpır: "Köhnə tanış, nəhayət ki, gəlmisiniz", "Neynəyək, özümüzünküsünüz da." Və ölkə rəhbərimizin rahatlıq səviyyəsi ilə həmişəki dolu duruşu (yəni, kimliyindən asılı olmayaraq, həmişəki üstünlük bədən görüşü).
Ortada iki dövlətin bayraqları var:
Sol tərəfdə İran bayrağı (yaşıl, ağ, qırmızı zolaqlar və mərkəzdə qırmızı emblem). Sağ tərəfdə Azərbaycan bayrağı (mavi, qırmızı, yaşıl zolaqlar və mərkəzdə ay və səkkizguşəli ulduz). İki lider lüks tərzdə bəzədilmiş, qızılı naxışlı ağ kreslolarda oturublar. Aralarında kiçik bir dairəvi masa var, üzərində su şüşələri və ehtimal ki, sənədlər yerləşdirilib. Lüks tərz zövq, zənginlik, qızılı naxışlar xüsusi dəbdəbəni, ağ kreslolar isə təmiz ağ səhifəni və neytrallığı əks etdirir. Problemlərdən qaçmaq və yeni başlanğıclar açmaq, amma İranın daxili məsələlərdə neytrallığını (sər-həddini bilməklə) qorumaqla münasibət bildirilir. Dairəvi masa simvolik olaraq bərabərlik və qarşılıqlı hörmət ideyasını ifadə edir, ən maraqlısı odur ki, dördkünc qoyulan masaların tərəfləri, sərhədləri, maneələri olur axı, burda isə tam əksinədir. Diplomatik etiketdə su abu-havanı sadələşdirir, lakin danışıqların uzun keçəcəyinə işarə edir. İndi görün nə qədər mövzu var danışmağa.
Tərəflərarası məsafə simmetrikdir və hörmət çərçivəsində saxlanılıb.
İran heyəti daha sərbəst əyləşib, hiss edilir ki, "baqaj" full doludur və kifayət qədər zəngin data ilə gəliblər.
Bizim nümayəndə heyətimiz isə olduqca işgüzar görünür.
Səbəbi isə çox sadədir, İranla bağlı yekun nəticə əldə etmək istəyi və real iş, protokol, faktoloji yanaşma.
İran tərəfinin diplomatik (aldadıcı) gülüşü və ənənəvi görüş yanaşması daha çox nəzərə çarpır".
Şərhçinin fikrincə, Prezident Əliyev bu fotolarda Günəşi təmsil edir:
"Onun tərəfdəki pəncərədən işıq düşür. Pəncərələr demişkən, pərdələrin zərafəti təntənə, ləyaqət, işıqlıq bildirirsə də, yarımaçıq olması qapalı danışıqların olduğunu deyir. Aha, ümmiyyətlə "arada pərdə var" yanaşması necə? burda aramızda olmasa da, fotoda önəmli yerdədir, deyilmi? Zalın böyüklüyü açıq dialoq, dövlətin böyklüyü və nəfəs almaq imkanlarının görünüşünü ifadə edir. Klassik sütunlardakı tacabənzər elementlərin isə mənası min ilin içində gizlənir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə