
Qızıl "güvənli liman" rolunu oynayır - EKSPERT
Yusif Nəzərli
00:14 29.04.2025
İqtisadiyyat
492
Müharibələr və böhranlar zamanı investorlar sərvətlərini qorumaq üçün qızıla yönəlirlər
Son günlər qızılın qiyməti dünya bazarlarında yeni rekordlar qıraraq əhəmiyyətli dərəcədə bahalaşıb. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 2,10 dollar artaraq 3 300,5 dollar təşkil edib. Gümüş isə 0,21 dollar azalaraq 33,12 dollara bərabər olub.Bu artım, qlobal iqtisadi qeyri-müəyyənliklər, xüsusilə ABŞ ilə Çin arasındakı ticarət gərginlikləri və inflyasiya gözləntiləri ilə əlaqələndirilir.Azərbaycan bazarında da qızılın qiymətində əhəmiyyətli artımlar müşahidə olunub.
35-40 faiz arasında bahalaşma qeydə alınıb. FED.az xəbərinə görə, son bir ayda qızılın qiyməti rekord dərəcədə qalxıb və bu artım bazarda alıcılıq qabiliyyətinin azalmasına səbəb olub. Qeyd edək ki, qızılın qiymətinin artması, investorların qeyri-müəyyənlik dövründə təhlükəsiz liman olaraq qiymətli metalı seçmələri ilə əlaqədardır. Analitiklər, qızılın qiymətinin yaxın aylarda da artmağa davam edəcəyini proqnozlaşdırırlar .

İqtisadçı - ekspert Natiq Cəfərli qızılın qiymətinin artmasını qlobal iqtisadi və geosiyasi qeyri-müəyyənliklərlə əlaqələndirib. O “Sherg.az”a açıqlamasında bildirib ki, müharibələr və böhranlar zamanı investorlar sərvətlərini qorumaq üçün qızıla yönəlirlər, çünki qızıl "güvənli liman" rolunu oynayır. Bu da qızılın qiymətinin yüksəlməsinə səbəb olur .
N. Cəfərlinin sözlərinə görə, ABŞ Mərkəzi Bankının (FED) faiz dərəcələrini aşağı salma ehtimalı da qızılın qiymətinin artmasına təsir edir. Çünki faiz dərəcələrinin aşağı düşməsi, investorları daha riskli aktivlərə yönəldir və bu da qızıla olan tələbi artırır:
“Azərbaycan bazarında da qızılın qiyməti dünya bazarındakı qiymətlərlə paralel olaraq dəyişir. Azərbaycanda qızılın qiyməti inflyasiya və mövsümi tələbatla əlaqədar olaraq dəyişə bilər. Düşünürəm ki, qızılın qiymətinin artması alıcılar və satıcılar üçün ciddi çətinliklər yaradır”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol