DEM-dən PKK açıqlaması: Qalib Türkiyə olacaq

Türkiyənin Xalqların Demokratiya və Bərabərliyi Partiyası (DEM) PKK terror təşkilatının özünüləğv qərarı barədə növbəti dəfə açıqlama verib.

Teleqraf xəbər verir ki, bu barədə “A Haber”ə DEM Partiyasından bildirilib.

“Bu prosesdə nə qələbə qazanan, nə də məğlub olan var. Qalib Türkiyə olacaq. Silahlar susacaq və 40 illik problem tarixə çevriləcək. Hər kəs bundan məmnun və razı olmalıdır”, - partiyadan deyilib.

DEM Partiyası Türkiyənin türk, kürd və digər xalqların ümumi vətəni olduğunu vurğulayıb.