Səudiyyə Ərəbistanı: Qəzza ilə bağlı ABŞ ilə anlaşdıq

Vaşinqton və Ər-Riyad Qəzza zolağında müharibəni dayandırmaq və bütün girovları azad etmək barədə razılığa gəlib.
Teleqraf xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı xarici işlər naziri şahzadə Fəysal bin Fərhan Ər-Riyadda ABŞ-Körfəz sammitinin yekununda keçirilən mətbuat konfransında bildirib.
“Yardım heç bir məhdudiyyət və şərt olmadan Qəzza zolağına daxil olmalıdır. Atəşkəs olmadan yardım çatdırmaq çətin olacaq”, - nazir vurğulayıb.