Orban: Nə zaman çətinliklə üzləşsək, Prezident İlham Əliyevi yanımızda görmüşük

Prezident İlham Əliyevi Budapeştdə salamlayıram.
Sherg.az-ın xəbərinə görə, bunu Macarıstan Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
Viktor Orban deyib ki, Budapeştdə Macarıstanın köhnə dostunu görürlər: “Siyasi sahədə, enerji məsələsində nə zaman çətinliklə üzləşsək, Prezident İlham Əliyevi yanımızda görmüşük”.