
Hikmət Babaoğlu: Qərbi azərbaycanlılar Ermənistanın bir parçası olduğunu necə inkar etmək olar?
10:22 26.05.2025
Aktual
667
Canlı yaddaşlarda Qərbi azərbaycanlıların Ermənistandan necə qovulduqları qalmaqdadır
Azərbaycan Prezidenti İlham Əliyev “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans iştirakçılarına ünvanladığı müraciətdə qeyd edib ki, Qərbi Azərbaycanda soydaşlarımızın doğma yurd-yuvalarından didərgin salınması ilə yanaşı, xalqımızın zəngin mədəni və mənəvi irsinə qarşı məqsədyönlü şəkildə məhvetmə və ya saxtalaşdırma siyasəti aparılır. Bu siyasət azərbaycanlıların həmin ərazilərdəki tarixi-etnik izlərini silməyə yönəlib. Prezidentin sözlərinə görə, bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının iclasında İrəvan qazılığının fəaliyyətinin yenidən bərpası ilə bağlı qəbul olunmuş qərar, Qərbi Azərbaycandakı dini və mədəni irsimizin dağıdılması faktlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və tarixi ədaləti bərpa etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu Sherg.az-a söyləyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransda Qərbi Azərbaycanda qalan dini, milli, maddi və mədəni irsimizlə bağlı ifadələri dilə gətirməsi tarixi reallığın təsbitidir:

“Eyni zamanda bu günkü siyasi çağırışların əsas istiqamətlərindən biridir. Nəticə etibarilə, bütün dünya Qərbi Azərbaycanın ölkəmizin etno-mədəni və dini-mədəni coğrafiyası olduğunu bilir. Qərbi Azərbaycan əraziləri tarixən Azərbaycana məxsus torpaqlardır. Həmin ərazilərdə ermənilərin məskunlaşması Qərbi azərbaycanlıların orada yaşamaması anlamına gəlmir. Hələ də canlı yaddaşlarda 1987-1991-ci illərdə yüzminlərlə Qərbi azərbaycanlıların Ermənistandan necə qovulduqları qalmaqdadır. Həmin ərazilərdə ev tikən və mədəniyyət yaradan insanların əlinin qabarı hələ getməyib. Belə olan da Qərbi azərbaycanlılar Ermənistanın bir parçası olduğunu necə inkar etmək olar? İlham Əliyevin keçirdiyi siyasət nəticəsində Qərbi azərbaycanlılar necə ki, Qərbi Azərbaycan torpaqlarının keçmişi idi, eləcə də, gələcəyi olacaqlar. Sadəcə olaraq bu tarixi mərhələdə sözügedən proses üçün milli gücümüzün bütün komponentləri ilə mübarizə aparmalıyıq. İrəvan qazılığının bərpa olunmasına Erməni Apostol Kilsəsinin sərt reaksiyası göstərir ki, yeni reallıqlar və həqiqət erməniləri narahat edir. Lakin tarixi ədalət mütləq bərpa olunmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya