Aİ rəsmisindən ikibaşlı açıqlama: Avropa Rusiyaya maksimum təzyiq göstərmir?
11:38 26.05.2025
Gündəm
466
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Qərb ölkələrini Ukraynaya qarşı hərbi əməliyyatları dayandırmaq üçün Rusiyaya maksimum beynəlxalq təzyiq göstərməyə çağırıb.
Bu barədə siyasətçi Rusiya ordusunun Ukraynaya kütləvi zərbələrindən sonra sosial şəbəkədə yazıb.
“Biz bu müharibəni dayandırmaq üçün Rusiyaya ən güclü beynəlxalq təzyiqi göstərməliyik”, – o qeyd edib.
Onun fikrincə, Rusiya Ukraynanı məhv etməyə çalışır və genişmiqyaslı hücumlar da bunu təsdiqləyir.
Avropanın baş diplomatı bundan əvvəl ABŞ-nin münaqişənin həlli ilə bağlı danışıqlar zamanı Moskvaya hələ də yetərincə təzyiq göstərməməsindən narazılığını bildirmişdi.
Əvvəl də dediyimiz kimi, Rusiya- Ukrayna müharibəsi ilə bağlı ABŞ və Avropa arasında fikir ayrılığı var. Bu ziddiyyət gedikcə artır və gərginliyə çevrilir. Avropa paytaxtları Vaşinqtonun müharibə ilə bağlı mövqeyindən narahatdırlar. Ona görə də təşvişə düşüblər.
Savaş başlayandan Qərb, o cümlədən Avropa Rusiyaya təzyiq göstərir, sanksiyaları davam etdirir. Buna baxmayaraq, hələ ki, atılan addımların ciddi nəticəsi olmayıb.
İndi Kallasın Qərb ölkələrini Rusiyaya qarşı maksimum təzyiq siyasətinə çağırması diqqət çəkir. Sual yaranır: məgər indiyə qədər Moskvaya maksimum təzyiq göstərilmirdi? Göstərilmirdisə, niyə?
Və yaxud indiyə kimi maksumum təzyiq siyasəti fayda verməyibsə, bundan sonra cəhd etməyin faydası varmı?
Ola bilsin K.Kallas həm də öz sələfinin fəaliyyətindən narazıdır. Belə ki, 2024-cü ilin noyabrına qədər bu vəzifəni Josep Borrell icra edirdi. Mümkündür ki, hazırkı nümayəndə məsuliyyəti məhz sələfinin boynuna atmağa və hazırkı uğursuzluğu onun fəaliyyəti ilə əlaqələndirməyə çalışır.
Düşünmək olar ki, Avropanın Rusiyaya qarşı təzyiqləri bundan sonra da hansısa ciddi nəticə verməyəcək. Rusiyaı çökdürmək üçün ABŞ və Avropa birlikdə mübarizə aparmalıdır.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya