KİV: Rusiya və NATO-nun hərbi təlimləri eyni yerdə keçiriləcək - Təhlükə qaçılmazdır

Rusiya və NATO-nun hərbi təlimləri eyni anda, eyni yerdə keçiriləcək: təhlükə qaçılmazdır

Baltik dənizi həm Rusiya, həm də NATO üçün xüsusi diqqət mərkəzidir.

Teleqraf xəbər verir ki, Almaniyanın Bild qəzeti bu mövzuya toxunub.

Həm Şimali Atlantik Alyans, həm də Rusiya Silahlı Qüvvələri sözügedən eyni vaxtda hərbi təlimlər planlaşdırır.

"Bild" nəşrinin yazdığına görə, Rusiya və NATO qüvvələri arasında məsafə çox yaxın ola və bu da öz növbəsində gərginliyi artıra bilər.

Məhz buna görə də, Almaniya iyunun 3-də (hər iki tərəfin təlimlərə başladığı tarix) təxribatlar müşahidə oluna bilər. Başqa sözlə desək, NATO ilə Rusiya hərbçiləri arasında toqquşmalara səbəb ola bilər.