“Biz sülh istəyirik, onlar revanşizm”: Əhməd Şahidov Vyanada erməni təxribatını ifşa etdi
09:05 04.06.2025
Siyasət
452
Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və ATƏT-in Finlandiya Sədrliyi tərəfindən “Tolerantlıq və diskriminasiya” mövzusunda iki günlük toplantı işə başlayıb.
57 ölkənin səfirləri, diplomatları və rəsmi nümayəndələrinin qatıldığı tədbirdə ATƏT məkanında vətəndaş cəmiyyətinin müdafiəsi, insan hüquqları müdafiəçilərinin fəaliyyəti, dinc toplaşma azadlığının təmin edilməsi və bu sahədə mövcud çağırışlar müzakirə olunub.
Toplantıda iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov panel müzakirəsində çıxış edib və Ermənistan nümayəndələrinin Azərbaycan əleyhinə təxribatçı və revanşist çıxışlarına kəskin etirazını bildirib.
Bu barədə Sherg.az-a danışan Əhməd Şahidov tədbirdə iştirak edən erməni nümayəndələr tərəfindən Azərbaycan əleyhinə koordinasiyalı hücumun həyata keçirildiyini vurğulayıb:
“30 il işğala məruz qalan ölkənin nümayəndəsi kimi, bu revanşist və nifrət dolu ritorikaları qətiyyətlə pisləyirəm. Oradakı çıxışımda da Ermənistanın işğalı dövründə Azərbaycanın üzləşdiyi ağır faciələri bir-bir xatırlatdım. Xocalı soyqırımı, Bağanis Ayrım qətliamı, Ağdaban faciəsi, həmçinin Qarabağda dağıdılan məscidlər və Ermənistanın bölgəyə basdırdığı yüz minlərlə minanın hələ də mülki əhaliyə təhlükə yaratması barədə məlumat verdim”.
Bütün bu ağır faciələrə baxmayaraq, Azərbaycan tərəfinin sülhə sadiqliyini nümayiş etdirdiyini vurğulayan Əhməd Şahidov, regionda uzunmüddətli sülh və sabitlik üçün Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını vacib saydığını qeyd edib.
“Bu gün də biz Ermənistana sülh və barış əlimizi uzadırıq. Burada nifrət və düşmənçilik yox, mehriban qonşuluq və qarşılıqlı hörmət mühiti yaratmağa çalışaq. Müharibələr heç kimə fayda gətirməyib, yalnız dialoq və əməkdaşlıqla bölgəmizdə sabit və təhlükəsiz gələcək qura bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu nazirliyə əlavə xidməti avtomobil veriləcək
17:21 31.07.2026
Gündəm
Rusiya səfiri Polşa XİN-ə çağırıldı
17:19 31.07.2026
Gündəm
Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib
16:40 31.07.2026
Gündəm
Almaniya Kansleri Seutadakı vəziyyətlə bağlı Mərakeşə çağırış etdi
16:39 31.07.2026
Gündəm
60 min miqrant İspaniyanın Seuta şəhərinə daxil olub
16:35 31.07.2026
Gündəm
Xəzər rayonunda 45 kq narkotik aşkarlanıb
16:33 31.07.2026
Hadisə
Seutaya miqrant axını təsadüfi deyil, kənardan idarə olunur - ŞƏRH
16:25 31.07.2026
Gündəm
Küveyt ordusu İran dronlarını məhv etdi
16:14 31.07.2026
Dünya
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
15:51 31.07.2026
Elm və Təhsil
NATO Avropada nüvə silahlarının artırılması planı üzərində işləyir
15:09 31.07.2026
Dünya
Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb
15:02 31.07.2026
Dünya
İnfantinonun müşaviri FIFA-nın planına etiraz olaraq istefa verdi
14:38 31.07.2026
Futbol
Külək nə vaxt zəifləyəcək? - Açıqlama
14:32 31.07.2026
Ekologiya
SEPAH üzvlərinin meyitləti İrana gətirildi
14:26 31.07.2026
Dünya