Pakistan Baş naziri Hindistanla bağlı Putinə müraciət etdi
10:44 04.06.2025
Dünya
449
Pakistan Baş naziri Şahbaz Şərif Rusiya Prezidenti Vladimir Putindən Hindistanla münaqişənin həllində dəstək istəyib.
Teleqraf xəbər verir ki, bunu Rusiyada səfərdə olan Pakistan baş nazirinin xüsusi köməkçisi Seyid Tarik Fatemi deyib.
“Qonşular hər an müharibəyə başlamağa hazır olduqları bir vəziyyətdə yaşaya bilməzlər. Biz ABŞ, Avropa İttifaqı və Rusiyaya mühüm şəxslər göndərərək izah etdik ki, hər hansı bir ölkədən, BMT-dən və ya Hindistan və Pakistan arasında neytral olan ölkələrdən gələn hər hansı təklif olsa, biz onlarla oturub məsələni həll etməyə hazırıq.
Dünən Rusiya xarici işlər naziri Lavrovla görüşüm oldu. Mən ona baş nazirimin məktubunu və zati-aliləri cənab Putinə müraciətini çatdırdım. Biz bütün bu ölkələrdən Hindistan və Pakistanın danışıqlar masası arxasına oturaraq sülh razılaşmasına nail olmaq üçün öz təsirlərindən istifadə etmələrini xahiş etdik”, - Fatemi bildirib.
Rəsmi həmçinin qeyd edib ki, Pakistan Rusiyadan Hindistanla münasibətlərdə gərginliyin dərəcəsini azalda biləcək hər hansı təşəbbüs gözləyir: “Biz temperaturu azalda biləcək istənilən təşəbbüsdə Rusiyanın dəstəyini görmək üçün buradayıq. Pakistan və Hindistan danışıqlar masasına oturmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial