NATO sammitinin təşkilatçıları Tramp və Zelenskinin görüşünə mane olmağa çalışırlar

NATO-nun Haaqa sammitinin təşkilatçıları ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenski arasında görüş ehtimalını azaltmaq üçün səy göstərirlər.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Nəşr bunun Tramp və Zelenski arasında münaqişə yarana biləcəyi ehtimalı səbəbindən baş verdiyini yazıb.