NATO sammitində mesaj: Qərbin hökmranlığı dövrü bitdi

“Qərbin hökmranlığı erası arxada qalıb və dünya yeni çoxqütblü nizama doğru irəliləyir”.
Teleqraf xəbər verir ki, bunu NATO-nun Haaqa sammitindəki çıxışında Finlandiya Prezidenti Aleksandr Stubb deyib.
“Dünya düzənində dəyişiklik müşahidə edirik. Bu, Birinci və İkinci Dünya müharibələri, eləcə də Soyuq müharibədən sonrakı dövrlərə çox bənzəyir. İndi anlamaq lazımdır ki, Qərbin hökmranlığı dövrü artıq bitib. Biz çoxqütblü, daha nizamsız dünya nizamına doğru gedirik”, - prezident bildirib.