Mirzoyan: Ermənistan sülhə sadiqdir
12:52 07.07.2025
Cənubi Qafqaz
369
Ermənistanın prioritetlərindən biri sülh gündəmidir və bu istiqamətdə Azərbaycanla danışıqlar aparılır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Çinin Mərkəzi Televiziyasına (CGTN) müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, tərəflər artıq sülh sazişi layihəsi üzrə razılığa gəliblər və Ermənistan bu sənədi imzalamağa və ratifikasiya etməyə hazırdır.
"Bununla yanaşı, Ermənistan qərb qonşusu Türkiyə ilə də münasibətlərin normallaşdırılmasına çalışır",- o vurğulayıb.
Ararat Mirzoyan qeyd edib ki, Ermənistan sülhün vacibliyinə inanır və Çinin yanaşmalarını bu baxımdan dəstəkləyir. O, Çinin Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsini alqışlamasını və iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dəstək verməsini yüksək qiymətləndirib.
Nazir həmçinin beynəlxalq münasibətlərə dair fikirlərini bölüşərək bildirib ki, beynəlxalq hüququn və ərazi bütövlüyünün pozulması, qaydaların olmaması təkcə Ermənistan üçün deyil, Çin və bütövlükdə bəşəriyyət üçün təhlükəlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə