İsrail və HƏMAS danışıqlara başlamayıblar

İsrail və HƏMAS nümayəndələri Qəzza zolağındakı münaqişənin həlli ilə bağlı danışıqlara hələ başlamayıblar.
Teleqraf xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü, Baş nazirin müşaviri Macid bin Məhəmməd əl-Ənsari deyib.
O bildirib ki, hər iki tərəf ayrı-ayrılıqda danışıqların çərçivəsi ilə bağlı müzakirələr aparır: “Hər iki nümayəndə heyəti Dohadadır və onlarla danışıqların çərçivəsi barədə ayrıca danışırıq. Amma danışıqlar özü hələ başlamayıb".