SEPAH niyə Azərbaycanı hədəf seçir? - TƏHLİL
Yusif Nəzərli
04:53 10.07.2025
Siyasət
572
İranın dərin dövləti Pezeşkianın xəttindən narahatdır
Turan Rzayev: “Aşura mərasimlərini qadağan etmək iddiası absurddur və məqsədli təxribatdır”
SEPAH-ın “Pasdaran” adlı teleqram kanalı Azərbaycana qarşı qara piar kampaniyasına başlayıb. Kanal “Sionistlərə xidmət edən Azərbaycan hakimiyyəti Aşura mərasimlərini qadağan etdi” məzmunlu saxta iddialar yayıb.
Bu yalanlar dərhal erməni mediası tərəfindən tirajlanaraq anti-Azərbaycan təbliğatı üçün bir vasitəyə çevrilib. Özünü “Qafqaz üzrə ekspert” kimi təqdim edən iranlı Ehsan Movahedian da məsələni fürsət bilərək Azərbaycana qarşı böhtan xarakterli çıxışlar səsləndirib.
Politoloq Turan Rzayev "Şərq"ə deyib ki, Azərbaycanda Aşura mərasimlərinin qadağan edilməsi gülünc, həqiqətdən uzaq iddia və ittihamdır. Ekspert vurğulayıb ki, Azərbaycan Konstitusiyasında rəsmi dövlət dini göstərilməsə də, vətəndaşlarımızın böyük əksəriyyəti İslam dininə etiqad edir:
"Ölkəmizdə heç bir dinə, məzhəbə, habelə onun ibadət, bayram və müxtəlif mərasimlərinə qarşı məhdudiyyət yoxdur. Əksinə, dövlətinə bağlı, vətənini canından üstün tutan, şəhid verən, qazi olan şiə etiqadlı Azərbaycan vətəndaşlarının inancı və mərasimləri dövlət üçün də mühüm və vacibdir. Reallıq ondan ibarətdir ki, “əzadarlıq” tədbirləri ölkənin bütün bölgələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə problemsiz şəkildə keçirilir. İstənilən şəxs bu mərasimlərdə sərbəst şəkildə iştirak edir. Hər şey bir yana, ölkədə hər il Aşura mərasimləri dövlət tərəfindən də özünəməxsus şəkildə qeyd olunur. Məsələn, bu münasibətlə 5-6 iyul tarixlərində təşkil olunan qanvermə aksiyalarında onlarla dövlət rəsmisi, həmçinin media nümayəndələri və ictimai fəallar iştirak edir".
Analitikə görə, SEPAH-ın bu addımı, İran daxilində xarici siyasət kursunu təyin edən dairələrin, xüsusilə də ali liderə bağlı hərbi-siyasi strukturların Prezident Məsud Pezeşkianın iyulun 4-də Xankəndidə baş tutan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) zirvə görüşündə iştirakı zamanı verdiyi müsbət siqnalları balanslaşdırmaq, hətta bir növ zərərsizləşdirmək cəhdidir:
"Yəni Tehran rəsmi səviyyədə Bakı ilə münasibətləri düzəltmək niyyəti göstərsə də, paralel olaraq “dərin dövlət” dediyimiz institutlar bu yaxınlaşmanı öz ideoloji və təhlükəsizlik maraqları üçün risk kimi qiymətləndirirlər. “Pasdaran” kanalının anti-Azərbaycan ritorikası da bu narahatlıqdan qaynaqlanır. Ölkəmizə yönəlik belə təxribatlar həm də İranın daxili auditoriyasına mesajdır. Pezeşkianın yanaşması SEPAH-ın ideoloji xətti ilə üst-üstə düşmür və bu ziddiyyət zaman-zaman konkret addımlar, yaxud bəyanatlarla üzə çıxır".
T.Rzayev əlavə edib ki, dezinformasiyanın erməni mediası tərəfindən sürətlə tirajlanması isə təsadüfi deyil:
"İranın daxilindən çıxan belə informasiyalar Ermənistan üçün geosiyasi anlamda faydalıdır. Çünki Bakı-Tehran yaxınlaşmasının dərinləşməsi İrəvanın regiondan daha da təcrid olunması ilə nəticələnə bilər. Beləliklə, SEPAH-ın informasiyası təkcə daxili məqsədə deyil, həm də regiondakı geosiyasi balanslara yönəlik kənar aktorlar tərəfindən alqışlanacaq təxribat xarakteri daşıyır. Bu cür kampaniyaların indiki məqamda Bakı-Tehran münasibətlərində zərər yaradacağı ehtimalı azdır. Bunun səbəbi hər iki ölkənin qarşılıqlı maraqlara söykənən əməkdaşlıq gündəmini artıq siyasi ritorikadan praktik layihələr mərhələsinə keçirməsidir. Xankəndidə baş tutan yüksək səviyyəli görüş, sərhəd təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və kommunikasiya xətləri üzrə müzakirələr münasibətlərin bərpası üçün real baza yaradıb. Tehran və Bakı bu mesajların haradan qaynaqlandığını və hansı məqsədə xidmət etdiyini yaxşı anlayır".
Oxşar xəbərlər
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksək səviyyəli toplantıda iştirak edib
20:57 11.11.2026
Siyavuş Novruzov: Poliklinikalarda, xəstəxanalarda işləyən ən savadlı həkimlər ixtisara düşür
13:16 11.11.2026
Xəbər lenti
Hamısına bax
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm
İrəvan TRİPP-ə görə bu qanunu dəyişir
13:52 12.11.2026
Gündəm
Daxili Qoşunların keçmiş komandanına ağır itki
13:37 12.11.2026
Hadisə
Generalın qızı hakim qarşısına çıxarılır
13:27 12.11.2026
Hadisə
Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
12:52 12.11.2026
Mədəniyyət