
Britaniya Orta Dəhlizə yönəlir - RƏY
Yusif Nəzərli
00:20 10.07.2025
Gündəm
422
Çinlə ticarət balansı yeni strategiya tələb edir
Böyük Britaniya Parlamentinin Lordlar Palatasında “Orta Dəhliz: strateji investisiya və əməkdaşlıq imkanları” mövzusunda tədbir keçirilib. Tədbirdə siyasətçilər, infrastruktur mütəxəssisləri, ticarət nümayəndələri, akademiklər və biznes liderləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun - Orta Dəhlizin artan geosiyasi və iqtisadi əhəmiyyətini müzakirə ediblər. Qazaxıstanın Böyük Britaniyadakı səfiri Maqjan İlyasov çıxışında dəhlizə cəlb olunan ölkələrin, sadəcə, tranzitlə kifayətlənməməli, sənaye əməkdaşlığını dərinləşdirməli olduğunu deyib.
Qeyd olunub ki, Orta Dəhliz real potensiala malikdir və bu marşrut bölgəyə yeni siyasi və iqtisadi narrativ qazandırır. Azərbaycanın regional və qlobal nəqliyyat qovşağı kimi əhəmiyyəti artır, türk dövlətləri arasında isə iqtisadi əməkdaşlıq daha da güclənir. “S&P Global Commodity Insights”ın enerji üzrə baş redaktoru Nik Kolmen dəhliz üzərində yerləşən Azərbaycan, Türkiyə və Qazaxıstanın Avropanın enerji təhlükəsizliyində artan rolunu vurğulayıb. Tədbirə sədrlik edən Edinburq Biznes Məktəbinin nümayəndəsi Assılbek Nurğabdeşov bildirib ki, koordinasiya və strateji investisiyalarla Orta Dəhliz Asiya və Avropa arasında daha dayanıqlı ticarət üçün katalizatora çevrilə bilər.

İqtisadçı-ekspert Eldəniz Əmirov deyib ki, Böyük Britaniyanın Orta Dəhlizə yanaşmasında strateji dəyişikliyin əsas səbəbi Londonla Çin arasında münasibətlərin yeni mərhələyə keçməsindən qaynaqlanır. Ekspertin fikrincə, “Brexit"dən sonra Böyük Britaniyada ticarət sahəsində bir sıra problemlər yaranmağa başlayıb:
"Ticarət sektoru yenidən dizayn edilir. Çinlə münasibətlərdə yeni və praqmatik nəticələrin əldə olunmasına ehtiyac var. Bu ehtiyac Orta dəhliz infrastrukturunun daha da təkmilləşdirilməsinə, təhlükəsizliyin gücləndirilməsinə, texnologiyaların tətbiqinə zərurət yaradır. Bu baxımdan Böyük Britaniya deyir ki, "mən də Orta dəhlizdəyəm". Ötən il Böyük Britaniya ilə Çin arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 98,4 milyard dollar təşkil edib. Bu dövriyyənin 68,7 milyard dolları Britaniyanın Çindən idxalı, 29,7 milyard dolları isə ixracının payına düşüb. Yəni göründüyü kimi, Britaniyanın Çinlə ticarətində 60 milyard dollara yaxın bir kəsir var. Buna görə də London yeni fürsətlər axtarır, məsələyə bir qədər fərqli rakursdan baxmağa başlayır. Bir sıra sahələrdə Britaniya sənayesi idxaldan kəskin asılı vəziyyətdədir. Bu idxal əsasən Çindən reallaşır. Çin bu ölkənin idxalında 3-cü böyük paya malikdir. İki ölkə arasındakı ticarət göstəricilərinə baxsaq, görərik ki, Britaniya Çinə daha çox bahalı məhsullar, lüks avtomobillər, kosmetika, mühəndislik avadanlıqları və sair satır. Çindən isə sənaye istehsalı üçün lazım olan malları idxal edir. İki ölkənin qurduğu iqtisadi strukturu komplementar adlandıra bilərik. Böyük Britaniyanın Orta dəhlizə qoşulması layihə üçün böyük üstünlüklər yaradacaq. Bu, digər investorlar üçün yaşıl işıq demək olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm
İrəvan TRİPP-ə görə bu qanunu dəyişir
13:52 12.11.2026
Gündəm
Daxili Qoşunların keçmiş komandanına ağır itki
13:37 12.11.2026
Hadisə
Generalın qızı hakim qarşısına çıxarılır
13:27 12.11.2026
Hadisə
Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
12:52 12.11.2026
Mədəniyyət