Zəngəzur dəhlizi ilə bağlı son plan açıqlandı - İran kənarda qalacaq, Rusiya isə...
Yusif Nəzərli
06:35 28.07.2025
Cənubi Qafqaz
281
Son zamanlar beynəlxalq müzakirə obyektinə çevrilən Zəngəzur dəhlizi ilə bağlı Ankara və Bakının planlarına aydınlıq gətirilib.
Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, İran açılmaq üzrə olan dəhlizdən kənarda qalacaq.
Nəşr qeyd edib ki, Zəngəzur dəhlizinin ABŞ-yə icarəyə veriləcəyi ilə bağlı iddialardan sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev məsələnin Ermənistan administrasiyasına aid olduğunu bildirib.
Azərbaycanlı ekspert Telman Qasımov qəzetə deyib ki, Ermənistan administrasiyası Rusiyanın boyunduruğundan xilas olmaq üçün alternativlər hazırlayır:
“ABŞ-nin dəhlizdə tərəfdaş olmasının ən mühüm səbəblərindən biri də budur. Bununla belə, Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyənin Zəngəzurda kirayəçi olmaq istəmədiklərini açıq şəkildə bəyan ediblər. İrəvanla danışıqlar müəyyən nöqtəyə çatıb. Türkiyə və Azərbaycan koordinasiyalı fəaliyyəti saxlayır. Bu 41 kilometrlik dəhliz hər şeydən əvvəl türk dünyası üçün körpü olacaq”.
Ekspert əlavə edib ki, bu, həm Çinin “Bir kəmər, bir yol” layihəsinin kəsişmə nöqtəsi, həm də Şərq-Qərb oxları boyunca yeni ticarət və enerji tranziti olacaq:
“Şərq-Qərb oxu buradan Çin və öz maraqları üçün birləşdiriləcək. Putin mütləq burada olmaq istəyir. Ukrayna müharibəsi onun mövqeyini zəiflətsə də, Zəngəzurda söz sahibi olmaq üçün təzyiqləri davam etdirir. Ermənilər isə problemin Rusiyasız həllini axtarırlar”.
Professor Qafar Mehdiyevin sözlərinə görə, Rusiya həlledici gücünü itirsə də, regionda öz nüfuzunu bərpa etməyə çalışır:
“Bununla belə, İran indiki mənzərədən kənarda qalıb. Həmçinin gələn ilin iyununda Ermənistanda seçkilər keçiriləcək. Zəngəzur məsələsi bu il ərzində qəti şəkildə həll olunacaq. Azərbaycan Türkiyəsiz heç bir addım atmayacaq. Hər şey ən xırda təfərrüatına qədər hesablanıb”.
Məqalənin davamında vurğulanıb:
“Bakıda söhbət etdiyimiz yüksək vəzifəli məmur dəhlizdən milyardlarla dollar qazanc əldə edə olunacağını deyib. Dəhliz Türkiyənin 40, Azərbaycanın 40, Ermənistanın isə 20 faiz payı ilə fəaliyyət göstərəcək”.
Nəşr Azərbaycan Prezidenti İlham Əliyevin məsələ ilə bağlı açıqlamasına da diqqət çəkib:
“Azərbaycan lideri Zəngəzur dəhlizində Türkiyə ilə birlikdə irəlilədiklərini bəyan edib: “Biz istəyirik ki, hər şey danışıqlar yolu ilə həll olunsun. Ancaq bizi qəzəbləndirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik. Zəngəzur dəhlizi açılmalıdır, açılacaq. Türkiyənin xeyrinə olan bizim də maraqlağımızdadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm
1875-dən 2026-ya uzanan yol: Zərdabinin çırağı hələ də yanır
17:32 22.07.2026
Media
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
17:15 22.07.2026
Dünya
Berlin Azərbaycanın sülh gündəminə dəstək verir - ŞƏRH
17:14 22.07.2026
Gündəm