Qərbin “səssiz razılığı” bitdi: İsrailə təzyiqlər artır, Qəzzadakı dram gizlədilmir
Yusif Nəzərli
13:02 02.08.2025
Dünya
698
Ekspert: "Qərbin Təl-Əvivə qarşı mövqeyi humanitar yox, siyasi məcburiyyətdir"
İsrailin Qəzzada apardığı hərbi əməliyyatlar və törətdiyi açıq qətliamlar dəhşətli hal alıb. Artıq dünya ictimaiyyəti Təl-Əvivə təzyiq göstərməyə başlayaraq anklavda əməliyyatları dayandırmağa, qətliamı bitirməyə çağırır. Bunun nəticəsidir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniyanın dövlət naziri Florian Han, Fransa Prezidenti Emmanuel Makron başda olmaqla bir çox ölkələrin liderləri İsrailə Yaxın Şərqlə bağlı siyasətinin dəyişməli olduğunu bildirir, Qəzzadakı əməliyyatların dayandırılmasını tələb edirlər. Hətta Fələstin dövlətinin müstəqilliyini tanıyacaqlarını da açıq şəkildə bəyan ediblər. Ekspertlərin fikrincə, HƏMAS-ın 2023-cü il 7 oktyabr tarixində İsrailə qarşı başlatdığı əməliyyatlara cavab olaraq bu ölkənin Qəzza zolağına hərbi müdaxiləsi, ilk başda leqal və anlaşılan idi. Lakin rəsmi Təl-Əviv antiterror əməliyyatlarını tədricən soyqırımı və qətliama çevirdi. Nəzarətsiz şiddətin tətbiqi mülki obyektlərin və şəxslərin hədəfə alınmasına, 60 mindən çox insanın həyatını itirməsinə gətirib çıxardı. İsrailin həm də əməliyyatların gedişatında Qəzzanı işğal və ilhaq etmə hədəfini açıqlaması vəziyyəti əsaslı şəkildə dəyişdi.
Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, buradakı ən maraqlı məqam ənənəvi müttəfiqləri olan ABŞ, Böyük Britaniya və Fransanın Təl-Əvivə qarşı mövqe alması, hətta Fələstinin müstəqilliyini tanımaqla hədələməsidir. Ekspert diqqətə çatdırıb ki, onsuz da, İsrail bu günə qədər Fələstində nəzarətsiz gücdən istifadə edir, mülki şəxslərin həyatını itirməsi ilə nəticələnən ardıcıl insidentlərə əl atırdı:
"Nə baş verdi ki, Qərb ölkələri indi buna görə Təl-Əvivə qarşı cəbhə almağa başladı? Hesab edirəm ki, Qərb ölkələrinin mövqelərini dəyişməsi və Fələstini daha çox müdafiə etməyə başlamasının əsas səbəbi insanlıq dramının artıq gizlədilə bilməyəcək qədər açıq olmasıdır. Qəzzada yaşanan vəziyyət çox ağırdır, mülki insanların, qadınların, uşaqların çoxu zərər görür, şəhərlər dağıdılır, həyat şəraiti kritik həddə çatıb. Bu mənzərə, hazırda başda insan haqları təşkilatları olmaqla medianın diqqətindədir. Təbii olaraq, Avropa və dünyanın bir çox ölkəsində insanlar hökumətlərdən bu vəziyyətə son qoymalarını tələb edir. Siyasətçilər ictimaiyyətin xüsusilə seçki öncəsi çağırışlarına biganə qala bilməz. Yəni Qərbin reaksiyası “insan haqları” və “humanitar dəyərlər” anlayışlarından daha çox kommersiya maraqları kontekstində şərh edilə bilər".
T.Rzayevin qənaətincə, ictimaiyyətin oyanması, hökumətlərdən tələbləri, əsasən də sosial media və agentliklərin bu prosesdə payı önəmli dərəcədə çoxdur:
"Əvvəlki illərdən fərqli olaraq, Fələstin və Qəzza məsələsi insanların qarşısına daha çox və sistematik şəkildə çıxmağa başlayıb. Bütün bunlara baxmayaraq, İsrailin geri addım atıb-atmayacağını demək asan deyil. Çünki bu, həm daxili, həm də beynəlxalq faktorlardan asılıdır. İsrail bir tərəfdən təhlükəsizlik baxımından Qəzzada HƏMAS-ı zəiflətməyə və özünü müdafiə etməyə çalışır, buna görə əməliyyatları dayandırmaq istəməyə bilər. Daxildə isə Baş nazir Benyamin Netanyahu və sərt xətt tərəfdarları geri çəkilməyə qarşıdır. Digər tərəfdən, beynəlxalq təzyiqlər, xüsusilə Avropa ölkələrinin Fələstini daha çox dəstəkləməsi, ABŞ və digər tərəfdaşların narazılığı, həmçinin humanitar böhran İsraili təzyiqlərə tab gətirməyə vadar edə bilər. Əgər təzyiqlər kifayət qədər güclü olsa və daxildə narazılıq artsa, İsrailin geri addım atmaq məcburiyyətində qalması mümkündür. Amma bu, ehtimal olaraq mərhələli, məhdud və strateji geri çəkilmə şəklində real görünür, əməliyyatların tam dayandırılması deyil. Hər şey beynəlxalq təzyiqlərin gücündən və daxili siyasi durumdan asılıdır. Təəssüf ki, bu məsələdə ən məyusedici məqam müsəlman ölkələrin prosesə lazımi diqqəti ayırmamasıdır. Faktiki olaraq bir çox ölkə Fələstin və Qəzza məsələsində birlik nümayiş etdirmədi. Türkiyə bu mövzuda demək olar ki, ən aktiv müsəlman ölkəsidir. Azərbaycan isə Fələstinə, Qəzzaya humanitar yardım edib, diplomatik uzlaşma yolları axtaran ölkə kimi diqqət çəkir. Amma nə Bakının məhdud diplomatik-humanitar dəstəyi, nə də Ankaranın radikal siyasi çağırışları kifayət deyil. Məsələyə İslam Əməkdaşlıq Təşkilatı və BMT nəzdində daha geniş yer verilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya
Qara dənizdəki müharibə Azərbaycana da təhlükə yaradır - ŞƏRH
18:52 11.11.2026
Dünya
Məhərrəm Müzəffərova yüksək vəzifə verildi
18:36 11.11.2026
Cəmiyyət
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
18:35 11.11.2026
Dünya