Molla rejimi Zəngəzur dəhlizinin açılmasına yas tuturlar - TƏHLİL
09:19 10.08.2025
Gündəm
362
"Gözlənildiyi kimi, İrandakı mühafizəkar dairələr Vaşinqton razılaşmasının əleyhinə çıxdılar. Mühafizəkarların əsas təmsilçilərindən biri ali dini liderin müşaviri Əli Əkbər Vilayəti Vaşinqton razılaşmasını qəbul edən tərəfləri hədələyib. Vilayətinin sözlərinə görə, guya İran Vaşinqton razılaşmasının Zəngəzur dəhlizi ilə bağlı bəndinin yerinə yetirilməsinə imkan verməyəcək. Ancaq Vilayəti bu prosesə İranın necə mane olacağını izah edə bilməyib. Bunlar bölgədə dəyişən şərtləri hələ də nəzərə almırlar".
Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Emənistandakı radikallar ABŞ-ın vasitəçilyinin əleyhinə olmadıqlarını söyləsələr də, Vaşinqton razılaşmasının Ermənistanın xeyrinə olmadığını izah etməyə çalışırlar:
"Ancaq onların “izahının” da məntiqi yoxdur, sadəcə Minsk Qrupunun yox olmasına, Zəngəzur dəhlizinin açılması perspektivinə yas tuturlar. Üçüncü qüvvə də peyda olub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova birbaşa Vaşinqton razılaşmasının əleyhinə açıqlama verməsə də, Ermənistanın Rusiyadan qopa bilməyəcəyinə dair sətiraltı mesajlar verib. Beləliklə, Vaşinqton razılaşmasının əleyhinə olanların Azərbaycana təzyiq alətləri yoxdur. Onlar baş nazir Nikol Paşinyanın üstünə tökülüşüblər. Buna görə də Nikol Paşinyan Vaşinqton razılaşmalarının yerinə yetirilməsini uzatmamalıdır. Vaşinqton razılaşması Nikol Paşinyanın erməni cəmiyyətində mövqelərini gücləndirəcək. Bu ona imkan verir ki, parlament seçkilərini erkənə çəkib Konstitusiya dəyişikliyi etməklə Azərbaycanla sülh müqaviləsinin imzalanması işini də bitirsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol
Narkotik araşdırmasında məşhurlardan 21 nəfər saxlanılıb
19:02 18.09.2026
Hadisə