NYT: Putin niyə Zelenskinin adını çəkmir?
11:00 20.08.2025
Dünya
428
Rusiya lideri Vladimir Putin Ukrayna Prezidenti Vladimir Zelenskiyə o qədər həqarətlə baxır ki, heç vaxt onun adını çəkmir. Kreml onun qeyri-legitim lider olduğuna inanır və rus təbliğatçıları onu “təlxək” adlandırırlar.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” yazıb.
Nəşrin fikrincə, ABŞ Prezidenti Donald Tramp Zelenski və Putin arasında görüş hazırlığına başlasa da, belə bir təmasın baş tutması mümkün görünmür.
NYT bildirib ki, Putin üçün belə bir görüş Tramp Zelenskini Rusiya liderinin Ukrayna ərazisi ilə bağlı tələbləri ilə razılaşmağa məcbur edərsə, Rusiyada “qələbə” kimi qəbul olunacaq sülh sazişinin imzalanması baxımından bir yol ola bilər. Belə bir görüşün siyasi riskləri də ola bilər, çünki Kreml Zelenski ilə görüşün Rusiya liderinə “layiq olmadığını” açıq şəkildə bəyan edib.
Nəşr xatırladıb ki, Tramp və Zelenski arasında keçirilən görüşdən sonra Rusiya dövlət televiziyası Rusiya və Ukrayna prezidentləri arasında mümkün danışıqları müzakirə etməyib. Üstəgəl, Kremlin nəzarətində olan telekanallar Zelenskini ələ salıblar.
Bununla belə, analitiklər Putinin belə bir görüşün keçirilməsinin faydalı olduğuna qərar verərsə, təbliğatçıların ritorikasının tez dəyişəcəyini proqnozlaşdırırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Putini G20 sammitində görmək istəyir
18:57 07.11.2026
Dünya
Türkiyədə daha bir bələdiyyə sədri Yeni Partiyadan istefa verdi
18:39 07.11.2026
Siyasət
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
18:05 07.11.2026
Gündəm
Dünyanın gözü İsraildədir! 24 saat sonra hər şey dəyişə bilər
17:46 07.11.2026
Dünya
45 metr yüksəklikdə faciə: İki paraşütçü havada toqquşaraq ölüb
17:31 07.11.2026
Hadisə
Simonyan: “TRIPP çərçivəsində İrana qarşı addım atmayacağıq”
17:20 07.11.2026
Region
Dollar ucuzlaşa bilər
17:17 07.11.2026
İqtisadiyyat
Sumqayıt şəhərini tüstü bürüyüb
17:11 07.11.2026
Hadisə
Yaponiyada 5,6 bal gücündə zəlzələ olub
16:57 07.11.2026
Hadisə
Günəşdə partlayışların sayı kəskin artıb
16:43 07.11.2026
Ekologiya
Ölkədə güclü külək daha iki gün davam edəcək - XƏBƏRDARLIQ
16:29 07.11.2026
Ekologiya
"Qalatasaray"ın hücumçusu əməliyyat olunub
16:02 07.11.2026
Futbol
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
15:52 07.11.2026
Dünya
Jurnalist Elnur Şükürov həbs edilib
15:05 07.11.2026
Hadisə