Yaponiyadan Paşinyana qadağa: Özün gəl, Annanı gətirmə
08:50 29.08.2025
İdman
358
Ermənistan Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanı Yaponiya hökumətinin etirazı səbəbindən bu ölkəyə aparmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Baş nazir avqustun 31-dən sentyabrın 1-dək Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində, sentyabrın 3-də isə Çinin Yaponiya üzərində qələbəsinin 80-ci ildönümünə həsr olunmuş hərbi paradda iştirak edəcək. Nəşr dünən yazmışdı ki, Paşinyan xanımı ilə birlikdə Çindən birbaşa Yaponiyaya gedəcək. Amma onların Çində hərbi paradda iştirakı Yaponiyada xoşagəlməz hal kimi qarşılanıb. Xüsusilə, Anna Akopyanın səfərdə iştirakı ilə bağlı çaşqınlıq ifadə olunub.
Baş nazirin mətbuat xidməti bu gün təsdiqləyib ki, Nikol Paşinyan sentyabrın 4-dən iki günlük işgüzar səfərlə Yaponiyada olacaq. Amma Annasız...
“Anna Akopyan ərini Yaponiyaya səfərində müşayiət etməyəcək, regiona səfəri Çinlə başa çatacaq. Başqa sözlə, əldə etdiyimiz məlumat təsdiqlənib ki, Tokio Paşinyanın Yaponiyaya səfərinə əngəl törətməyə çalışıb və onun Çinin Yaponiya üzərində qələbəsinin 80-ci ildönümünə həsr olunmuş paradda iştirak etdikdən sonra “məğlub Yaponiya”ya səfər birmənalı qarşılanmayıb.
Əslində, bunlar Anna Akopyanın səfərinə etiraz olaraq ifadə olunub. Əldə etdiyimiz məlumata görə, etirazlar onların nikahının olmaması ilə bağlıdır. Yapon tərəfi birbaşa soruşub ki, Anna Akopyan kimdir, Ermənistanın baş nazirini hansı əsasla müşayiət edir? Bizə bildirilib ki, Nikol Paşinyanı hansısa anket doldurmağa məcbur ediblər. O ana qədər səfərin baş tutub-tutmayacağı bəlli olmayıb. Amma Nikol Paşinyan səfərin baş tutması üçün əlindən gələni edib”, - nəşr yazıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nepalda vəhşi fil eyni ailənin daha iki üzvünü öldürdü
12:11 11.07.2026
Hadisə
Tehranda partlayış səslərinin səbəbi məlum oldu - YENİLƏNDİ
11:44 11.07.2026
Region
CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır
11:37 11.07.2026
Region
Tehranda partlayış səsləri eşidildi
11:33 11.07.2026
Dünya
Dərman qəbulunda edilən səhv
11:17 11.07.2026
Sağlamlıq
Azərbaycan lideri Monqolustan Prezidentinə təbrik ünvanlayıb
11:06 11.07.2026
Gündəm
Neft bahalaşdı
10:34 11.07.2026
İqtisadiyyat
Rusiyaya zərbələr üçün xüsusi komandanlıq yaradıldı
10:25 11.07.2026
Gündəm
Azarov: Ukraynada siyasi terror qurbanlarının sayı 150-ni keçib
10:04 11.07.2026
Dünya
Mayamidəki milyonluq mənzilini 1 dollara satdı
09:07 11.07.2026
Şou
Fidan: S-400 məsələsinin həlli üçün Rusiya ilə danışıqlar vacibdir
08:37 11.07.2026
Dünya
Hamiləlik xəbərlərini yalanladı
07:50 11.07.2026
Şou
Xoruldamaq nə vaxt təhlükəli hesab olunur?
07:17 11.07.2026
Sağlamlıq
Yeni telefon batareyaları yaradılır - Enerji bitməyəcək
06:36 11.07.2026
Texnologiya
Zelenskiyə müxtəlif vasitələrlə təsir göstərirlər - Patruşev
06:01 11.07.2026
Aktual