"Beşiktaş"da Sergen Yalçından təcili üç tələb!
07:53 31.08.2025
İdman
390
"Beşiktaş"ın yeni baş məşqçisi olaraq açıqlanan Sergen Yalçın, klub prezidenti Serdal Adalı ilə görüşündə prioritetlərini sadalayıb və onların təcili həyata keçirilməsini istəyib.
Sherg.az xəbər verir ki, "Lausanne" tərəfindən turnirdən kənarlaşdırılaraq Avropa macərasını başa vuran "Beşiktaş"da gecəyarısı həyata keçirilən sürətli əməliyyatla Solskjaerin yerinə komandaya gətirilən Sergen Yalçın rəsmi olaraq təsdiqləndi.
52 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanıb və “Yenidən başlayırıq” mesajı ilə ictimaiyyətə təqdim edilib. Rəhbərlik isə heyətdəki boşluqları tamamlamaq üçün hərəkətə keçib.
3 TRANSFER TƏLƏBİ
Ole Gunnar Solskjaerin gedişindən sonra "Beşiktaş" dünən Sergen Yalçının baş məşqçi təyin edildiyini açıqladı. İşə dərhal başlayan Yalçın, komandanı ayağa qaldıra bilmək üçün təcili olaraq üç transferin zəruri olduğunu bildirib.
Gecə yarısı Prezident Serdal Adalı ilə görüşən Sergen Yalçın ilk olaraq sağ cinah müdafiəçisinin alınmasının vacibliyini vurğulayıb. Liqanı əldən vermək istəməyən və bütün oyunlara qələbə üçün çıxacağını bildirən Yalçın, müdafiənin sağına ediləcək bu əlavənin yanında həm sağ, həm də sol cinah hücumçusu tələb edib.
Komandanın cinahlarının düzgün işləməsi üçün bu üç mövqenin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirən Yalçın, transfer pəncərəsinin bitməsinə az vaxt qaldığını xatırladaraq dərhal hərəkətə keçməyin vacibliyini qeyd edib.
Prezident Adalı isə bu mövqelərlə bağlı işlərin aparıldığını və potensial namizədlərin olduğunu açıqlayıb. Qeyd edək ki, Solskjaer də oxşar tələblər irəli sürmüşdü.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda skuter qəzası - Anbaan VİDEO
18:18 14.09.2026
Hadisə
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
18:15 14.09.2026
Sosial
Körpənizin ağlamasına bir az imkan verin!
18:03 14.09.2026
Cəmiyyət
Erməni nazir qondarma dövləti “diriltdi” -“Əcdadlarım ordandır”
17:44 14.09.2026
Region
11 aylıq Büşra körpə satılıb? Ananın etirafı, atanın təkzibi
17:11 14.09.2026
Hadisə
Ketrin Zeta-Cons Maykl Duqlasla 26 illik evliliyinin sirrini açıqladı
17:08 14.09.2026
Şou
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi
16:59 14.09.2026
Cəmiyyət
KTMT Özbəkistanla əməkdaşlıq imkanlarını nəzərdən keçirir
16:18 14.09.2026
Dünya
Türkiyənin məşhur iş adamının olduğu təyyarə qəzaya uğradı
16:09 14.09.2026
Hadisə
Nazir dərs saatlarının dəyişdirilməsindən danışdı
16:05 14.09.2026
Elm və Təhsil
Azərbaycan dili fənninin dərs saatları artırılır
15:42 14.09.2026
Elm və Təhsil
Rusiya ordusu Ukraynada 3 yaşayış məntəqəsini nəzarətə götürüb
15:05 14.09.2026
Dünya