Roma dövrünə aid 83 sikkə ABŞ-dən Türkiyəyə qaytarıldı

ABŞ-də 2015-ci ildə Roma dövrünə aid 85 sikkə ələ keçirilmişdi. 
Sherg.az xəbər verir ki, aparılan araşdırmalarda sikkələrin imperator Maksimianus, I Konstantin, II Konstantin və Arkadius dövrlərinə aid olduğu və Anadoludakı zərbxanalarda kəsildiyi müəyyən edilib.
İki ölkə arasında 2021-ci ildə imzalanmış mədəni irsin qorunmasına dair müqavilə çərçivəsində həmin sikkələr Türkiyəyə təhvil verildi.
Aparılan işlər nəticəsində Türkiyəyə gətirilən Roma dövrü sikkələrini Mədəniyyət və Turizm nazirinin müavini Gökhan Yazğı ABŞ-nin Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Brian Stimmlerdən qəbul edib.
2002-ci ildən bəri 13 mindən çox əsər ölkəyə geri qaytarılıb.