Ermənistanda "Amulsar" qızıl mədəninə 750 milyon dollar məbləğində investisiya qoyulacaq
09:17 11.10.2025
Region
427
Ermənistanda "Amulsar" mədəninin inkişafına investisiyalar 750 milyon ABŞ dolları məbləğində qiymətləndirilir.
"Report"un məlumatına görə, bu barədə Ermənistan KİV-ləri İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Bu vəsaitin 250 milyon ABŞ dolları tikintinin tamamlanması və mədənin istismarına başlanması üçün nəzərdə tutulub.
Mədənin təsdiqlənmiş ehtiyatları 73 ton qızıl və 294 ton gümüş təşkil edir. Son məhsul "dore" - qızıl və gümüş ərintisi olacaq. Qızılın cari bazar qiymətlərinə əsasən, istismar dövründə illik vergilər və royalti 120 milyon ABŞ dollarını keçəcək.
Qeyd edək ki, ötən ilin dekabrında layihənin operatoru – "Lydian Armenia" öz səhmlərinin 12,5 %-ni Ermənistan hökumətinə əvəzsiz olaraq bağışlayıb. "Lydian Armenia" yaxın aylar ərzində "Amulsar" mədənində əsas obyektlərin tikintisini başa çatdırmağı və 2025-ci ilin 4-cü rübündə isə filiz hasilatına başlamağı planlaşdırır.
"Amulsar" Ermənistanda qızıl ehtiyatlarına görə ikinci yataq hesab olunur. O, ölkənin cənub-şərqində, Cermuk şəhərindən 13 km məsafədə yerləşir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya