Azərbaycanda uşaqlar ən çox bu səbəbdən ölüb
12:11 11.10.2025
Cəmiyyət
413
2024-cü ildə ölümün əsas səbəbləri üzrə 1 yaşadək ölən uşaqların sayı açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycanda Qadınlar və Kişilər" məcmuəsində öz əksini tapıb.
Bildirilib ki, ən çox ölüm səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardan (735 uşaq) olub.
Ən az ölüm səbəbi isə həzm sisteminin xəstəlikləri (10 uşaq) səbəbindən olub.
Əsas ölüm səbəblərinə tənəffüs sistemi xəstəliklər (178 uşaq), anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntular (101 uşaq), bəzi infeksion və parazitar xəstəliklər (47 uşaq), sinir sistemi xəstəlikləri (32 uşaq), travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri (12 uşaq) daxildir.
Digər səbəblərdən isə 305 uşaq ölüb. 2024-cü ildə 1 yaşadək ölən uşaqların sayı 1420 olub. Onlardan 616-sı qız, 804-ü isə oğlan uşağı olub.
5 yaşadək uşaqlarda isə ən çox ölüm perinatal dövrdə meydana çıxan bəzi hallar səbəbindən olub. Bu səbəbdən ölən uşaqların 296-sı qız, 439-u oğlan olub.
Ən az ölüm isə həzm sisteminin xəstəlikləri səbəbindən olub. Bu səbəbdən ölən uşaqların 8-i qız, 10-u oğlan olub.
Əsas ölüm səbəbləri siyahısına tənəffüs sistemi xəstəlikləri (245 uşaq), anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntular (112 uşaq), sinir sistemi xəstəlikləri (76 uşaq), bəzi infeksion və parazitar xəstəliklər (56 uşaq), travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri (45 uşaq) daxil olub.
Digər səbəblərdən isə 458 uşaq ölüb.
Qeyd edək ki, 2024-cü ildə 5 yaşadək ölən uşaqların sayı 1745 olub. Onlardan 764- ü qız, 981-i isə oğlan uşağı olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya