Cari ildə İtaliyanın turist vergisi gəlirlərində rekord gözlənilir

2025-ci il İtaliyanın turist vergisi üzrə gəlirlərində rekord göstərici qeydə alınacaq.

AZƏRTAC xəbər verir ki, gəlirlərin ötən illə müqayisədə 15,8 faiz artımla 1 milyard 186 milyon avroya çatacağı proqnozlaşdırılır.

Artım tempi vergilərlə bağlı qaydalara edilən dəyişikliklərlə mümkün olacaq. 2026-cı ildə turist vergisi üzrə gəlirlərin artaraq 1,3 milyard avroya çatacağı gözlənilir.

Qeyd edək ki, İtaliyada turistlərə ölkədə qalma müddətindən asılı olaraq, gündəlik vergi tətbiq olunur.